Salmanova (Hacıyeva) Süsən Allahverdi qızı 15 fevral 1948-ci ildə Naxçıvan şəhərində anadan olub.
1955-ci ildə Naxçıvan şəhər 4 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1962-ci ildə 1 saylı məktəbin doqquzuncu sinfində təhsilini davam etdirmişdir. 1966-cı ildə həmin məktəbin XI sinfini "Qızıl medal"la bitirmişdir.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin fızika fakültəsinə qəbul olmuş və 1971-ci ildə universiteti bitirmişdir.
1972-ci ildə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1981-1995-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2000-ci ilin yanvar ayından pedaqoji kollektivin tələbi ilə həmin məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Süsən xanım 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
| Süsən Salmanova | |
| Salmanova Süsən Allahverdi qızı | |
| İlk adı: | Hacıyeva Süsən |
|---|---|
| Doğum tarixi: | 15 fevral 1948 |
| Doğum yeri: | Naxçıvan |
| Atası: | Allahverdi Hacıyev |
| Uşağı: | 3 oğlu və 5 nəvəsi var |
| Vətəndaşlıq: | Azərbaycan |
| Peşəsi: | fizik |
| Milliyyəti: | azərbaycanlı |
| İxtisası: | fizika |
| Təhsili: | ali |
| Fəaliyyəti: | müəllim, direktor |
| Karyera: | 1972-dən |
| Mükafatları: | “Azərbaycan Respublikasının Əməkdar müəllimi” (2011) |