Məktəb

201 №-Li Tam Orta Məktəb

Bakı şəhəri, Nizami rayonu, 201 nömrəli tam orta məktəb 1964 – cü ildən fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində həyata keçirilir. 2012-ci ildə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 103 nəfər müəllim fəaliyyət göstərir. Müəllimlərimizdən 1 nəfər “Qabaqcıl Təhsil işçisi “, 1 nəfər isə “Əməkdar müəllim “ adına layiq görülmüşdür. 2011-ci ildə, 2014-cü ildə iki müəllmimiz “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Məktəb 2 korpusdan ibarətdir. Məktəbdə 250 nəfərlik akt zalı, 2 kitabxana, qış idman zalı, 78x38 ölçüdə futbol, 20x40 ölçüdə mini futbol, basketbol, voleybol meydançaları vardır. Məktəbimizin nəzdində 2014-ci ildən qızlardan ibarət futbol komandası fəaliyyət göstərir. Futbol komandamızla birlikdə AFFA-nın və UEFA-nın veteran futbolçuları ilə görüşlər keçirilir. Həmçinin, Avropa komandalarının məşqçiləri məktəbdə ustad dərslər aparmışlar. Qızların futbolda inkişafını nəzərə alaraq məktəbimiz AFFA-nın baza məktəbinə çevrilmişdir. Qızlardan ibarət Mili komandanın oyunçuları bizim məktəbdə təhsil alır, məşqlər məktəbdə keçirilir. Bundan başqa, məktəbdə 5 kompüter otağı, 3 elektron dərslərin tədrisi otağı, 66 kompüter (20 şagirdə 1 kompüter düşür), 16 proyektor, 2 ədəd MİMİO proqramları üçün aparatlar , həmçinin 4 elektron lövhə vardır.

Möhtəşəm bir səkil Məktəbin Hətta DÜNYANIN ən yaxşı müəllimləri.Hamısının yeri həyatımızda böyük rol daşıyır.Onlar bizim atalarımıza,analarımıza
dərs demiş insanlardı.Onlar həqiqətən MÖHTƏŞƏMDİRLƏR.

Картинки по запросу 201 nomreli mekteb
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol