İrəvan xanlığı

Vikipediya, açıq ensiklopediya
 
 
İrəvan Xanlığı
Xanlıq
  1747 — 1828

 

 
  Flag of Eriwan Khanate.JPG  
  İrəvan xanlığı bayraqları  
İrəvan xanlığının xəritəsi.png
İrəvan xanlığının ərazisi (1747-1828)
Paytaxt İrəvan
Böyük şəhərlər GümrüGöyçə
Dil(lər) Azərbaycan dili
Din İslam (ŞiəlikCəfərilik)
Sahəsi 24 000  km2[1], 19 000  km2
Əhalisi 81000 müsəlman (1827)[2][3][4]
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Qacarlar sülaləsi (Ziyadlı qolu)
Xanlar
 - (17471752) Mir Mehdi xan
 - (1752-1755) Xəlil xan
 - (1755-1762) Həsənəli xan
 - ( 1762-1783) Hüseynəli xan
 - (1783-1784) Qulaməli xan
 - (1784-1805)[5][6] Əli Məhəmməd xan xan
 - (1805-1806) Mehdiqulu xan
 - (1806-1807) Əhməd xan
 - (1807-1828)) Hüseynqulu xan[7]
 

İrəvan xanlığı (azərb. İrəvan xanlığıfars. خانات ایروان‎, erm. Երեւանի խանություն) – 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqilAzərbaycan xanlığı. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır ilini əhatə etmişdir. 1828-ci ildə Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilmışdir.

 

 

İrəvan sözünün toponimi[redaktə | əsas redaktə]

Azərbaycanşünaslıqda İrəvanın XVI əsrdə salındığı göstərilir. Tədqiqatlar göstərmişdir ki, İrəvanın adı ilk dəfə VII əsr mənbələrində çəkilir. Deməli, İrəvan VII əsrdən əvvəl mövcud olub. İrəvan tarixini Rəvan sözü ilə də bağlayırlar. Əslində İrəvan qədim Türk dilində "igid" mənasında işlənən ər sözünün fonetik variantı olan "ir" sözü ilə Urartu dilində "ölkə" mənasında işlənən "evan" sözünün dəyişdirilmiş forması olan "əvan" sözündən yaranıb. [8]

Tarixi[redaktə | əsas redaktə]

Əsası XVIII əsrin ortlarında Mir Mehdi xan tərəfindən qoyulan İrəvan xanlığı Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı İmperiyasıKartli-Kaxetiya krallığıBorçalı,Qazax sultanlıqları və Qarabağ xanlığı ilə həmsərhəd olub. Xanlığın mərkəzi İrəvan şəhəri olub. Mənbələrə görə İrəvan şəhərinin əsasını səfəvi sərkərdəsi Rəvanqulu xan qoymuşdur. Yarandığı ilk illərdə gürcülərin qarətçi hücumlarına məruz qalan xanlığın sonralar digər xanlıqlarla münasibətləri möhkəmlənir və nəticədə gürcülərin hücumlarından özünü qoruya bilir. Sonralar gürcülərin əli ilə iki dəfə hakimiyyət çevrilişi edən Çar Rusiyası ermənilərlə bağlı planlarını Osmanlı İmperiyası ilə başlamış müharibəyə görə təxirə saldı.

Mərkəzi İrəvan şəhəri idi. XIV əsrin sonunda – Teymurilər dövründə kənd kimi meydana gələn İrəvan XVI əsrdə Şah İsmayılın dövründə (1501-1524) şəhər statusu alır. İrəvan şəhərinin adı XX əsrin 50-ci illərində erməniləşdirilir; guya bu şəhər çox qədimdən məhz erməni şəhəri olan Erebunidir, ona görə də Erevan adlandırılır. 1817-ci və 1819-cu illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığının uzunluğu 200 mil, eni isə 100 mildir. Müasir erməni tarixçisi T.Akopyan İrəvan xanlığının ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi.

İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz həqiqətdir. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç-İrəvanski İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına – 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir.

S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Müsəlman dedikdə S.Şopen azərbaycanlıları və müsəlman kürdləri nəzərdə tuturdu.

İrəvan xanlığı yarandığı gündən öz azadlığı, istiqlalı uğrunda mübarizə aparmalı olmuşdur. Bu mübarizə həm qonşu Azərbaycan xanlıqları, həm İran və Türkiyə, həm Kartli-Kaxetiya çarlığı və nəhayət, Rusiya ilə olmuşdur. Odur ki, xanlıqda hərbi qüvvələrin təşkilinə xüsusi diqqət yetirilirdi. Xanlıqda əsasən 2 növ qoşun vardı: piyada və süvari. Süvari qoşun xanlığın əsas zərbə qüvvəsi idi, çünki xanlığın ərazisinin böyük hissəsi dağlıq idi, belə ərazidə xırda, kiçik çevik süvari dəstələri daha müvəffəqiyyətli döyüş apara bilirdi.

Xanlığın mərkəzi İrəvan şəhəri iki hissədən ibarət olmuşdur: Qala və Bayır şəhər. İrəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdir. İkiqat hasarla əhatə olunmuş qalanın birinci qatında 17 bürc qoyulmuşdu. Birinci qatdan 50-70 metr aralı ikinci hasar gəlirdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Lazım olduqda arx su ilə doldurulurdu. Qalada 20-22 top vardı. Adi zamanlarda qalanın qarnizonunda 5-7 minlik qoşun yerləşirdisə, müharibə zamanı qoşunun sayı artırılırdı. İrəvan şəhərinin özü – Bayır şəhər İrəvan qalasından şimalda salınmışdı. Bunda məqsəd şəhərin müdafiəsini təşkil etmək idi. XIX əsrin əvvəllərində İrəvan qalasında barıt və silahtökmə zavodları vardı ki, onlar həm top, həm də barıt istehsal edirdilər. İrəvan xanlığında İrəvan qalasından əlavə, İran ilə Türkiyə ərazisinə yaxın yerdə Sərdarabad qalası da inşa edilmişdi.

XVIII əsrin ortalarında istər Azərbaycanda, istərsə də İranda siyasi vəziyyət qeyri-sabit idi. Hər iki ölkədə mərkəzləşdirilmiş dövlət yaratmaq uğrunda mübarizə gedirdi. Qüvvələr nisbəti bərabər deyildi, üstünlük hərbi cəhətdən daha qüvvətli olan İran tərəfində idi. Cənubi Qafqazda da siyasi gərginlik hökm sürürdü. Bundan həm Kartli-Kaxetiya, həm də bölgədə yaşayan ermənilər istifadə edirdilər. Gürcülər öz ərazilərini qonşu xalqın hesabına artırmaq, ermənilər isə Cənubi Qafqazda həm ermənilərin sayını artırmaq, həm də Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyirdilər.

1748-ci ilin əvvəllərində Mir Mehdi xan qonşu Urmiya xanlığına hücum edərək onun ərazisinin bir hissəsini zəbt edə bildi. Lakin çox tezliklə İrəvan xanlığının özünə basqın oldu. Qarabağ xanı Pənahəli xan 1749-cu ildə İrəvan xanlığına hücum edərək çoxlu qənimət ələ keçirmişdi. İrəvan xanlığında yaşayan ermənilər Kartli-Kaxetiya çarı II İrakliyə kömək üçün xəbər göndərirlər. II İrakli Pənahəli xanın qoşunlarını təqib edərək əsir və qənimətləri geri qaytara bilir. Bu yardımdan ruhlanan İrəvan erməniləri xanlıqda çaxnaşma yaradıb 1749-cu il avqustun 12-də gürcü çarını İrəvan xanlığına dəvət edirlər. Çox güman ki, Mir Mehdi xan həmin il sentyabrın 29-da xanlığa soxulan gürcü qüvvələrini geri oturda bilir. Lakin 1751-ci il sentyabrın 19-da II İrakli yenidən xanlığa basqın edir.

XVIII əsrin 50-ci illərinin əvvəllərində İrəvan xanlığının vəziyyəti son dərəcə gərgin idi. Xanlıq həm Kartli-Kaxetiya, həm də qonşu xanlıqların diqqət mərkəzində idi. Onu şimaldan gürcü hərbi qüvvələrinin hücum təhlükəsi, cənubdan isə Urmiya xanı Fətəli xan Əfşarın hücumları narahat edirdi. Üçüncü tərəfdən isə xanlıqda məskunlaşmış ermənilərin düşmənçilik münasibətləri, onların pozuculuq fəaliyyəti ara vermirdi.

İrəvan xanı Mir Mehdi xan yaxınlaşan hərbi təhlükənin qarşısını almaq üçün İrəvan qalasının müdafiə qabiliyyətini artırmaq məqsədilə tədbirlər görür. Fətəli xan Əfşarın qoşunları İrəvan qalasını mühasirəyə alır. Bu zaman II İraklinin başçılıq etdiyi gürcü qüvvələri İrəvan qalasına yaxınlaşır. Qüvvələr nisbəti gürcülərin xeyrinə olduğundan Fətəli xan Əfşar öz qoşunlarını geri çəkməli olur. Bundan xəbər tutan Azad xan böyük hərbi qüvvə ilə İrəvan xanlığının ərazisinə daxil olur və İrəvan qalasını alır. Gürcülər geri çəkilirlər. Beləliklə, İrəvan xanlığı Cənubi Azərbaycan xanlıqlarını qısa müddətə birləşdirən Azad xanın hakimiyyəti altına düşür. Azad xan Mir Mehdi xanı taxt-tacdan kənarlaşdırır və İrəvan xanlığında xan vəzifəsinə Xəlil xan Özbək təyin edilir.

1755-ci ildə İrəvan xanlığında saray çevrilişi baş verir. Həsən Əli xan Qacar özünü İrəvan xanı elan edir.

İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri – Eçmiədzin monastırı (Üçkilsə) yerləşirdi. Eçmiədzin kilsəsi İrəvan xanlığının ictimai-siyasi həyatında çox pozucu rol oynamışdır. Məhz bu kilsə Azərbaycan xalqına qarşı düşmən mövqe tutmuş "beşinci kolonna" rolunu oynamışdır. XVIII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. İkiüzlü siyasət yeridən erməni katolikosları bir sıra hallarda özlərini xeyirxah kimi göstərməyə cəhd edir, hətta İrəvan xanları ilə Kartli-Kaxetiya çarlığı arasında vasitəçilik missiyasını yerinə yetirirdilər. Bunda əsas məqsəd məhz gürcülərin köməyi ilə İrəvan xanlığına təzyiq etmək idi.

XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları arasında müharibələr aramsız davam edirdi. Onların arasında çəkişmələr ayrı-ayrı xanlıqların xarici təcavüzə məruz qalmasına şərait yaradırdı. İrəvan xanlığına ən çox göz dikən gürcü çarı II İrakli idi. İrəvan xanları özləri də bəzən katolikosun xidmətindən taktiki mülahizələrə, xanlığın əhalisini müharibə olarsa, talan və qarətdən qorumaq üçün istifadə edirdilər. Belə ki, 1765-ci və 1769-cu illərdə İrəvan xanı Hüseyn Əli xan II İraklinin xanlığa hücum edəcəyindən xəbərdar olduqda məhz katolikosun vasitəçiliyi ilə II İrakli ilə razılaşmaya görə İrəvan xanlığı Gürcüstana bac verməliydi. 1783-cü ildə Kartli-Kaxetiya çarlığı ilə Rusiya arasında Georgiyevsk şəhərində himayədarlıq haqqında müqavilə imzalanır. Bu müqavilə Rusiyanın Cənubi Qafqazda mövqeyinin güclənməsinin göstəricisi idi. Müqavilə eyni zamanda Azərbaycan xanlıqlarına Gürcüstanla münasibətlərdə Rusiyanın zəhmini nəzərə almağa işarə idi.

1783-cü ilin noyabrın əvvəllərində Rusiya İrəvan xanı Hüseyn Əli xana xəbərdarlıq məktubu göndərir. Xan cavab məktubunda Rusiyaya sadiq olacağını bildirir. Georgiyevsk müqaviləsi Türkiyəni çox narahat edirdi. Çünki Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi onun maraqlarına tamamilə zidd idi. Odur ki, Türkiyə İrəvan xanlığını öz təsir dairəsinə daxil etmək istəyirdi.

 
İrəvan xanlığının bayrağı[9]

1783-cü ilin sonunda İrəvanda baş verən xalq üsyanı nəticəsində İrəvan xanı Hüseyn Əli xan və qardaşı Məhəmməd Həsən xan öldürüldülər. Hakimiyyətə Hüseyn Əli xanın böyük oğlu gəldi. İrəvan xanlığını öz təsiri altında saxlamaq istəyən II İrakli Qulam Əli xanın (1783-1785) tərəfini saxlayır. Bu isə xanlıqda böyük narazılığa səbəb olur, Qulam Əli xan da öldürülür (1785).

Ağa Məhəmməd şah Qacar Azərbaycanın şimal xanlıqlarına hücum edərkən İrəvan xanlığını da işğal edir. Lakin xanlıq 1797-ci ildə yenidən müstəqillik qazanır. Bu dəfə də Rusiyanın hücumu İrəvan xanlığının müstəqilliyini sual altına aldı. Lakin Türkiyə ilə müharibənin yenidən başlaması Çar Rusiyasının işğal etdiyi torpaqlarla qane olub İranlaGülüstan sülh müqaviləsini bağlamağa məcbur edir. II Rusiya-İran müharibəsi zamanı 1827-ci il oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilir.

Çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə siyasəti[redaktə | əsas redaktə]

 
İrəvan Xan Sarayı. Rəsm XIX əsrin əvvəllərinə aiddir

II Rusiya-İran müharibəsi 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində Türkmənçay sülh müqaviləsi imzalanması ilə başa çatır. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövləti ölkə ərazisində yaşayan erməni mənşəli əhalinin Cənubi Qafqaza hərəkətinə mane olmamalıydi. Nəticədə Osmanlı imperiyasında və İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürülürlər. İlk vaxtlar erməni ailələri əsasən QarabağaŞəkiyə, NaxçıvanaİrəvanaGöyçəyə və Şamaxıya köçürülür. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdır.

Q.D. Lazarev, İ.F. Paskeviç və s. rus generalları erməniləri daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil, Osmanlı imperiyası, Gürcü xanlıqları, İranla Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün çox gözəl ərazi idi. Buna görə də ermənilər sonradan buraya köçürülməyə başlanır və köçürmə siyasətinin təşkili, planlı şəkildə həyata keçirilməsi üçün erməni mənşəli Bebudovun başçılığı ilə xüsusi komitə yaradılır.1828-ci ilin fevralından mayına qədər 948 erməni ailəsi İrəvana köçürülmüşdür. Sonralar isə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradılır.

Tarixi abidələri və mədəni irsi[redaktə | əsas redaktə]

İrəvan qalası[redaktə | əsas redaktə]

Məşhur türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə (h.t. ilə 915), m.t. 1509-1510-cu ildə Şah İsmayıl Səfəvi öz vəziri Rəvanqulu xana qala tikdirilməsi üçün (indiki İrəvan şəhərinin yerində Zəngi çayının sağ sahili boyunca) fərman verdi. Rəvanqulu xan 7 ilə qalanı tikdirib, başa çatdırdı. Qalanın üç qapısı "Təbriz qapısı", "Şirvan qapısı", "Körpü qapısı" və 4 məhəlləsi olmuşdur: "Qala", "Şəhər", "Təpəbaşı" və "Dəmirbulaq". 1864-cü ildən başlayaraq qala divarları tamamilə söküldü.

İrəvan qalasında çoxsaylı karvansaralar da fəaliyyət göstərmişdir. Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və sair karvansaralar elə bu qəbildəndir. Göründüyü kimi, hətta adı ilə belə müsəlman dünyasını yada salan karvansaraların da heç biri bu günə qədər gəlib çatmamışdır.[10]

İrəvan məscidləri[redaktə | əsas redaktə]

 
Təbriz xalçaçılıq məktəbi üsulunda toxunulmuş və İrəvan xanı Hüseyn Əli xana məxsus Məlayir xalçası

1832-ci ildə İ.Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı: Came məscidiQala məscidiŞah Abbas məscidiZal xan məscidiNovruzəli bəy məscidiSərtib xan məscidiHüseynəli xan məscidiHacı İmamverdibəy məscidiHacı Cəfərbəy məscidi və s. Erməni vandalları Qərbi Azərbaycan ərazisində salamat qalmış bir sıra Azərbaycan və bütün alban abidələrini erməniləşdirmişlər. [11]

Göydələn minarələri olan İrəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə məscidlərin elə 4-ü qalanın "Şəhər" adlı məhəlləsində yerləşirdi: "Novruzəli xan", "Hüseynəli xan" (Göy məscid), "Xoca Səfərbəy" və "Məhəmməd Sərtibxan" məscidləri. 1604-cü ildə I Şah Abbas İrəvan qalasını osmanlılardan azad edəndən sonra Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidsi ilə ümumi oxşarlığı olan İrəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Sonralar tamamilə məhv edildi.

1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında yeni bir məscid inşa edildi. XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur. Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus kilsəsi tikilmişdir.

Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin öncə dörd minarəsi olmuşdur. İkinci dünya müharibəsindən sonra məscidin üç minarəsini dağıtmışlar. Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid İslam nişanəsi kimi şəhərdə diqqəti cəlb edən abidələrdən idi.

XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir. İndi onların izi belə qalmamışdır. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə dönmüşdür.

Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı ermənilər tərəfindən dağıdılmışdır.

İrəvan bəyləri[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. Ənvər Çingizoğlu, Hüseynqulu xan Qovanlı-Qacar, Bakı: Mütərcim, 2011,-88 səh.
  2. Ö.Çələbi. Səyahətnamə. Bakı: 1997
  3. C.Qiyasi, İ.Bozyel. Erməni kültür terrörü. Ankara: 1996
  4. М.Немат. Корпус эпиграфических памятников Азербайджана. Том III. Баку: 2001
  5. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azər­baycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Oğuz eli, 1998
  • Fuad Əliyav, Urfan Həsənov. "İrəvan xanlığı" Bakı."Şərq-Qərb", 2007, 144 s. ISBN 978-9952-34-166-9

 

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol