Oqtay Zülfüqarov

Vikipediya, açıq ensiklopediya
 
 
Oqtay Zülfüqarov
Oqtay Zülfüqarov.jpg
Ümumi məlumatlar
Tam adı Oqtay Qədir oğlu Zülfüqarov
Doğum tarixi 31 may 1929
Vəfatı 31 avqust 2016(87 yaşında)
Peşəsi Bəstəkar
Mükafatları Xalq Artisti
"Şöhrət" ordeni (Azərbaycan)

Zülfüqarov Oqtay Qədir oğlu — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1972), Azərbaycan Respublikasının xalq artisti (2000)[1]

 

 

Həyatı[redaktə | əsas redaktə]

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010-2012 illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.[2]

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, Qız-ulduzPişik və Sərçə və Meşə nağılıoperalarını da yazıb. Şəngülüm, Şüngülüm və Məngülüm adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı Şənlən mənim xalqım uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurmuşdur. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi. Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmişdir.[3][4] Əvəzolunmaz sənətkar 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.[5]

Ailəsi[redaktə | əsas redaktə]

3 övladı var: Cahangir, Züleyxa, Leyla.[6]

Bəstəkar Cahangir Zülfüqarovun atasıdır.

Mükafatları[redaktə | əsas redaktə]

  • Azərbaycan SSR əməkdar mədəniyyət xadimi — 18.05.1972[7]
  • Azərbaycan Respublikasının xalq artisti — 2000[8]

Əsərləri[redaktə | əsas redaktə]

Baletlər
Operalar
Operettalar
Kukla teatrı tamaşalarına musiqi
  • "Cırtdan" (1995)
  • "İ voüt i bleüt" /libretto – H.Hüseynov/ (1997)
  • "Dovşanın məhkəməsi" /libretto – M.Quliyev/ (1997)
  • "Göyçək Fatma" /libretto – M.Dilbazi/, (1998)
  • "Repka" /rus xalq nağılı əsasında/ (1999)
Uşaq mahnıları
Uşaq mahnı məcmuələri
  • "Aşıq mahnısı" (1993)
  • "Uşaqlar özləri haqqında" (1994)
  • "Novruz bayramı" (1996)
  • "Ad günün mübarək", "Gedək gəzək" (1997)
  • "Təbiətin qoynunda" (1997)
  • "Böyüklərə hörmət et", "Topu mənə at", "Orduya xidmətə gedirəm", "Saat əqrəbi", "Ürəkləri sevindirək" (1998)
  • "Ana həyatdır", "Gülə-gülə yaz gəlir" /müəllifin öz söz./ (1999); "Haralısan deməyin", "Abşeron bağları", "Yaşa doğma şəhərim" /müəllifin öz söz./ (2000)
  • "Şən mozaika", "Balaca ustayam mən" /müəllifin öz söz./ (2001)
  • "Aysel" televiziya filminə musiqi (1998)
  • Orta ümumtəhsil məktəbinin II sinfi üçün "Musiqi" dərsliyi /həmmüəllif – T.Babayeva/, (rus dil.)(1990)
Instrumental
  • Solist, xor və xalq çalğı alətləri orkestri üçün "Azərbaycan gəncləri" Odası (1992)
  • 4 əl üçün piano variasiyaları (1993)
  • Piano üçün konsert Pyesi (1997)
  • Piano üçün "Beşik mahnısı" pyesi (1998)
  • Qanun üçün Konsert pyesi (1998)
  • Fleyta və violonçel üçün Pyes (1999)
  • R.Zəbioğlunun söz. solist və simfonik orkestr üçün "Oda" /akademik Z. Bünyadova həsr olunub/ (1997)

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. 80 kilometr yerin altı ilə (film, 2002)(qısametrajlı sənədli film)(ANS tv)
  2. Aslan və iki öküz (film, 1970)
  3. Ayı və siçan (film, 1970)
  4. Cırtdan (film, 1969)
  5. Cırtdanın yeni sərgüzəşti (film, 1973)
  6. Leyla və onun dostları (film, 1971)
  7. Qayınana (film, 1978)
  8. Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002)
  9. Ustalar-qızıl əllər (film, 1976)
  10. Üfüqü ötənlər (film, 2011)

 

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol