Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında

Vikipediya, açıq ensiklopediya
 
 

2016 Yay
 Olimpiya Oyunlarında Olympic rings without rims.svg
 
Kodu  AZE
MOK Azərbaycan Milli Olimpiya Komitəsi
Saytı www.noc-aze.org
2016 Yay Olimpiya Oyunları
İdmançı 56 idmançı (idman növü:17)
Bayraqdar Teymur Məmmədov (Açılış m.)[1]
Hacı Əliyev (Bağlanış m.)
Medal
cədvəli

Yer: 39
Gold medal.svg
Qızıl
1
Silver medal.svg
Gümüş
7
Bronze medal.svg
Bürünc
10
GoldSilverBronze medals.svg
Ümumi
18
Olimpiya tarixi (yeкun)
Yay Olimpiya Oyunları
1992 • 1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016
Qış Olimpiya Oyunları
1998 • 2002 • 2006 • 2010 • 2014


Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında5-21 avqust tarixləri arasında Braziliyada baş tutanXXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə 17 idman növündə təmsil olundu.[2]

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazandı. Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş), yunan-roma güləşi yarışlarında mübarizə aparan Sabah Şəriəti (bürünc) və Rəsul Çunayev (bürünc), həmçinin kanoe sprint idman növündə çıxış edən İnna Osipenko-Radomska (bürünc) və Valentin Demyanenko (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (gümüş), Nataliya Sinişin(bürünc), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), Toğrul Əsgərov (gümüş) və Xetaq Qazyumov (gümüş), taekvondoçular Patimat Abakarova (bürünc), Milad Beigi (bürünc), Radik İsayev (qızıl) və boksçular Kamran Şahsuvarlı (bürünc) ilə Lorenso Sotomayor (gümüş) qazandırdı.

XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan komandası medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Azərbaycan həmçinin avropa dövlətləri sırasında 21-ci, islam dövlətləri sırasında isə 4-cü yerdə qərarlaşdı. Azərbaycanməhz bu yarışlarda, tarixi ərzində ən çox medalı qazandı (18 medal). Həmçinin güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı olaraq tarixə düşdü.

1991-ci ildə müstəqillik qazanan Azərbaycan üçün Rio-de-Janeyro Olimpiadası sayca yeddinci Yay Olimpiya Oyunları oldu. Bu yarışlarda Azərbaycan Olimpiya Oyunları tarixində rekord sayda, 56 idmançı ilə təmsil olundu. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alındı, 53 idmançı.Azərbaycan Rio-de-Janeyro Olimpiadasında həmçinin birinci dəfə olaraq kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon idman növlərində təmsil olundu.[3]

Ağır atletikada isə Azərbaycan 1996-cı ildən başlayaraq birinci dəfə Olimpiya Oyunlarında təmsil olunmadı. Azərbaycan yığmasının son iki (2014, 2015) Dünya Çempionatındakı çıxışının nəticəsinə əsasən dörd lisenziya ilə Rio-de-Janeyro Olimpiadasına yollanması gözlənilirdi. Ancaq həmin Dünya Çempionatlarının dopinq testlərinin nəticələri müsbət olduğundan, Azərbaycan yığması xal itirdi və Beynəlxalq Ağır atletika Federasiyası (IWF) Azərbaycan yığmasının dörd lisenziyasını ləğv etdi.[4]

Həmçinin Rio-de-Janeyro Olimpiadasında Azərbaycanın idman şərəfini qoruyan 56 idmançının təxminən 60 faizi, yəni 34 nəfəri milliləşdirilmiş legionerlər idi vəUkrayna, (14), Rusiya (8), İran (3), Bolqarıstan (2), Belarus (1), Efiopiya (1), Gürcüstan (1), Keniya (1), Kuba (1), Qazaxıstan (1) və Sloveniyanın (1) yetişdirdiyi idmançılar idi. Azərbaycan komandasının ən gənc idmançısı 14 yaşlı üzgüçü Fatimə Alkərəmova, ən yaşlı idmançısı isə 33 yaşlı kanoeçi İnna Osipenko-Radomskadır.[5] Həmçinin Azərbaycanın 56 idmançısından 33 nəfəri birinci dəfə Olimpiya Oyunlarına qatıldı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyul tarixli sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında medal qazanan idmançılara və onların məşqçilərinə pul mükafatı verildi.[6] İlham Əliyevin 1 sentyabr tarixli sərəncamına əsasən isə, XXXI Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri orden, medal və diplomlarla təltif olundu.

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol